Nazirlik “Topaz”-a nəzarət edə bilməyəcək


16:09     03 Mart 2016 topaz25.jpg

Azərbaycanda mərc oyunlarına nəzarət funksiyası yeni yaradılmış “Maliyyə Bazarlarına Nəzarət Palatası” publik hüquqi şəxsə verilir.


Femida.az xəbər verir ki, bu “Bədən tərbiyəsi və idman haqqında” qanunda idman mərc oyunları ilə bağlı yeni dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, “dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı” sözləri “nəzarət maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəzlənir. Bundan başqa idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldən olunan halqar hesabına maliyyələşir. Sonda sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, hazırda idman mərc oyunlarına nəzarəti Gənclər və İdman Nazirliyi həyata keçirir.

Açar sözlər:

Oxunub: 643