“Quru meyvə davası edənlər ....” – Partiya sədrindən AXCP-“ReAL” davasına reaksiya


20:05     03 Mart 2016 HAFIZ%20FEMIDA.JPG

“Onlar gündəmdə qalmaq üçün bu yola əl atırlar”.


Bu sözləri Femida.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədrinin sözlərinə görə, Azərbaycan xalqı belələrini bağışlamayacaq:

“Millət üçün çalışmayan insanlar bizi qətiyyən maraqlandırmır. Əli Kərimli, Natiq Cəfərli kimiləri xalqın dərdi ilə maraqlanmırlar. Natiqin Cəfərliyə də, Əli Kərimliyə ayıb olsun ki, quru meyvə davası edirlər. Mənim bu şəxslərə deyəcək sözüm yoxdur. Onlar bilməlidir ki, gündə bir status yazmaqla müxalifətçilik eləmək olmur. Hər şey aydındır. Onlar gündəmdə qalmaq üçün bu yola əl atırlar. Azərbaycan xalqı belələrini heç vaxt bağışlamayacaq. Onlar yanlış yolda olduqlarını anlamalıdırlar. Təklif edərdim ki, bu yoldan çəkilsinlər”.

Qeyd edək ki, iqtisadçı-ekspert Natiq Cəfərli AXCP rəhbərliyinin ölkəyə gətirilən malların gömrükdə rəsmiləşdirilmiş və daxili bazardakı real satış qiymətləri ilə bağlı paylaşımını əsassız adlandırıb. Bundan sonra Əli Kərimli tərəfdarları sosial şəbəkələrdə Natiq Cəfərlinin üzərinə hücuma keçiblər.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 1490


Oxşar xəbərlər