“Qalatasaray” təsdiqlədi - ““Qarabağ”la oyun olacaq”


18:13     04 Mart 2016 qarabag%20gala.jpg

Dünən Azərbaycan mətbuatında “Qarabağ” və “Qalatasaray” klubları arasında yoldaşlıq görüşü keçiriləcəyi ilə bağlı məlumat yayımlanmışdı. “Qafqazinfo” xəbər verir ki, iki klubun martın 29-da Bakıda üz-üzə gələcəyi deyilirdi.


“Qalatasaray” klubunun mətbuat xidmətinin rəhbəri Alper Mert “Qafqazinfo”ya açıqlamasında bunları deyib: “Bəli, belə bir matç nəzərdə tutulub. Hazırda danışıqlar gedir. Oyunun olma ehtimalı yüksəkdir. Fikrimcə, bu qarşılaşma Bakıda baş tutacaq”.

Femida.az

Açar sözlər:

Oxunub: 1854


Oxşar xəbərlər