Bankdan 9,4 milyon dollar oğurladılar


17:10     05 Mart 2016 dollar67.jpg

Rusiyada bankdan külli miqdarda oğurluq edilib.

Femida.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, naməlum hakerlər “Metallinvestbank”ın hesabından 677 milyon rubldan çox (təxminən 9,4 milyon dollar) pul çıxarıblar.
Hüquq-mühafizə orqanlarındakı mənbə oğurluğun hakerlər tərəfindən edildiyini təsdiqləyib. Bankın informasiyasına əsasən fevralın son günlərində onların hesablarından 677 milyon rubldan çox pul başqa hesablara köçürülüb. Pulların fiziki şəxslərin adına olan bir neçə bank hesabına köçürüldüyü və nağdlaşdırıldığı güman olunur. Fakt üzrə cinayət işi qaldırılıb.

Oğurluqdan sonra “Metallinvestbank” Mərkəzi Bankdan xahiş edib ki, onu təcili elektron pul köçürmələri sistemindən çıxarsın.
Qeyd edək ki, “Metallinvestbank” öz aktivlərinin həcminə görə Rusiya bankları arasında 89-cu sıradadır.

Açar sözlər:

Oxunub: 920


Oxşar xəbərlər