AZAL-dan qadınlara qeyri-adi təbrik (VİDEO)


16:25     07 Mart 2016 AZAL%20JH.jpg

"Azərbaycan Hava Yolları" (AZAL) rəsmi Youtube kanalında 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təbrik videoçarxı yerləşdirib.


"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətindən verilən məlumata görə, videoçarxda təyyarə bələdçiləri, dispetçerlər, təhlükəsizlik xidmətinin əməkdaşları və aviakassalarda satış üzrə menecerlərin çətin işindən danışılır.

"Azərbaycan Hava Yolları" mülki aviasiya sahəsində çalışan xanımların simasında bütün qadınları ürəkdən təbrik edir, onlara açıq səma, gözəl günlər və bahar əhval-ruhiyyəsi arzu edir!" - təbrikdə deyilir.

Açar sözlər:

Oxunub: 1287