Bakı-Şamaxı yolunda ağır qəza: ölənlər var


16:23     09 Mart 2016 qeza70.jpg

Bakı-Şamaxı yolunun 34-cü kilometrliyində ağır yol qəzası baş verib.


Femida.az Lent.az-a istinadən xəbər verir ki, magistral yolun Abşeron rayonundan keçən hissəsində 1964-cü il təvəllüdlü Musayev Mehman Mirağa oğlunun idarə etdiyi "VAZ 2106" markalı, 10 EJ 521 nömrə nişanlı avtomobillə, 1966-cı il təvəllüdlü Şıxəliyev Mayis Ağazər oğlunun sürdüyü "Mercedes" markalı, 99 DV 462 dövlət qeydiyyatlı avtomobil toqquşub. Nəticədə "VAZ 2106"nın sürücüsü və sərnişini, 1975-ci il təvəllüdlü İbrahimov Elnur Həsən oğlu aldıqları ağır bədən xəsarətlərindən vəfat edib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1019