Narkomanların müalicəsində MÜHÜM DƏYİŞİKLİK


13:53     10 Mart 2016 narkoman11.jpg

Azərbaycan Nazirlər Kabineti "Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin Şərtləri və Qaydaları"nda dəyişiklik edib.


Femida.az xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra əvəzedici müalicə proqramının iştirakçısı yardımçı müalicə zamanı narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunduqda proqramdan çıxarılacaq və bir daha qaytarılmayacaq.

Nazirlər Kabineti "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nda da dəyişiklik edib.

Qərarla Qaydaların narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” bölməsinin 2.2.8-ci yarımbəndi ləğv edilib. Həmin yarımbənddə qeyd edilirdi ki, narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində tibbi məqsədlərlə istifadə olunan narkotik vasitələrin və dövriyyəsi məhdudlaşdırılan və nəzarət edilən psixotrop maddələrin tətbiqinə yalnız dövlət narkoloji-tibb müəssisələrində icazə verilir.

Açar sözlər:

Oxunub: 966