Tələbələrin pulu niyə gecikdirilir? - Açıqlama


00:17     15 Mart 2016 telebe%20teqaudu%2014%20mart.jpg

Azərbaycandakı ali təhsil ocaqlarında tələbə təqaüdləri gecikdirilir. Baxmayaraq ki, II semestrin birinci ayı başa çatıb, tələbələr təqaüdlərini ala bilməyiblər.


Femida.az-ın məlumatına görə, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov modern.az-a açıqlamasında bildirib ki, tələbələr mart ayının ikinci ongünlüyünə qədər təqaüdlərini alacaqlar.

“Maliyyə hesablamaları aparılır. Bu isə bir az vaxt tələb edən məsələdir. Ona görə tələbə təqaüdlərinin verilməsində ləngimələr olub. Amma martın 18-ə qədər tələbələr öz təqaüdlərini ala biləcəklər”.

Xatırladaq ki, tələbə təqaüdləri yeni qaydalarla veriləcək. Artıq imtahan göstəriciləri yüksək olan həm ödənişsiz, həm də ödənişli təhsil alan tələblərə təqaüd veriləcək.

Açar sözlər:

Oxunub: 1108