“Məhkəmə-hüquq sistemində problemlər çoxdur“ - Qüdrət Həsənquliyev


18:50     15 Mart 2016 qudret.jpg

“Ölkədə islahatlar kompleks xarakteri daşımayacaqsa, gözlədiyimiz nəticəni ala bilməyəcəyik”.



Femida.az ın məlumatına görə, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

O qeyd edib ki, məhkəmə-hüquq sistemində problemlər çoxdur: “İnsanlar əmin olmalıdır ki, onların ölkəyə qoyduğu investisiya qanunla qorunur. Amma bəzi hallarda məhkəmə qərarları qüvvəyə minir, onun möhürü qurumamış icraçılar hərəkətə keçir. Bir kasıbın, yetimin barəsində məhkəmə qətnamələri dərhal icraya yönəldildiyi halda, bir sıra hallarda məhkəmə qərarları aylarla icra olunmamış qalır”.

Deputat iclasda iştirak edən ədliyyə naziri Fikrət Məmmədova xitab edib: "Xalqı hökumətdən, prezidentdən narazı salan ən ciddi sahələrdən də biri budur. Biz qanunun aliliyini təmin edə bilməyəcəyimiz halda ölkəyə ciddi investisiya qoyuluşuna nail olunmayacaq. İllərlə insanlar məhkəmə qapılarında qalır. Məhkəmə qərarlarının seçmə üsulu ilə icra olunmasına yol vermək olmaz. Bəzi vicdansız sahibkarlar bankların pulunu ödəmirlər. Bəzi vəkillər də onlara vicdansız üsulla dəstək olurlar. Deyirlər ki, gəlin ərizə yazın şikayət edək və məhkəmələrdə uzatmaqla bu məsələnin həllini gecikdirək. Nəticədə banklar pulsuz qalır. Qanunvericilikdə məhkəmələrin bu işi ilə bağlı təkmilləşmə aparılmalıdır ”.


Deputat həmçinin prezident İlham Əliyevin bu gün başlanmış Ankara səfərinə də toxunub: "Ankaradakı terrorun ardınca prezident İlham Əliyevin Türkiyəyə səfəri əsl kişiyana jestdir. Bunu alqışlamalıyıq. Həmçinin Türkiyə bəzi məqamlarda təhlükəsizliklə bağlı bizdən örnək götürməlidir”.

Açar sözlər:

Oxunub: 1342


Oxşar xəbərlər