AŞPA prezidenti: “Əfv qərarını alqışlayıram“
21:55 17 Mart 2016
“Azərbaycanda 148 nəfərin azad edilməsi ilə bağlı vacib təşəbbüsü alqışlayıram”.
APA-nın AŞPA-nın saytına istinadən verdiyi xəbərə görə, bunu qurumun sədri Pedro Aqramunt bildirib. “Bu gün Azərbaycanda Vatslav Havel mükafatının sahibi Anar Məmmədli, siyasi fəallar, jurnalistlər, insan haqları müdafiəçiləri də daxil olmaqla, 148 şəxsin azadlığı buraxılması ilə bağlı yaxşı xəbər aldım”, - deyə o, söyləyib.
Bu ayın əvvəlində Azərbaycan prezidenti, parlamentin sədri və xarici işlər naziri ilə görüşlər keçirdiyini xatırladan P. Aqramunt bu məsələ ilə bağlı ona təminat verildiyini bildirib: “Mən çox şadam ki, bu təminatlara əməl edildi. Mən Azərbaycan hakimiyyət nümayəndələri ilə saxlanılan şəxslərlə bağlı işləməyə davam edəcəyəm".
Oxunub: 798
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- İşsizlərə ŞAD XƏBƏR!
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Sarkisyan xəstəxanaya yerləşdirildi
- Salatın Əsgərovanı qətlə yetirən ermənilər kimlərdir? -ADLAR