Xam neft və qaz hasilatı da azalıb
03:00 18 Mart 2016
Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-fevral aylarında 4 308,9 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1% az sənaye məhsulu istehsal edilib.
Femida.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, azalmaya səbəb xam neft hasilatının 1,4%, qaz hasilatının 8,3%, elektrik enerjisi istehsalının 6,4%, habelə bir sıra emal sənayesi məhsullarının istehsalının azalması olub.
Sənaye məhsulunun 61,7%-i mədənçıxarma sektorunda, 29,4%-i emal sektorunda, 8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda məhsul istehsalı 0,8% azalıb. Emal sektorunda qida məhsullarının istehsalı 2%, tütün məmulatlarının istehsalı 80,4%, toxuculuq sənayesi məhsullarının istehsalı 3,1 dəfə, geyim istehsalı 23,5%, metallurgiya məhsullarının istehsalı 50,8%, hazır metal məmulatlarının istehsalı 93,7%, kompyuter, elektron və optik məhsulların istehsalı 67,6%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 19,6%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,5 dəfə artıb, içkilərin istehsalı 18,7%, ağacın emalı və ağacdan məmulatların istehsalı 15,1%, poliqrafiya məhsullarının istehsalı 2,2%, kimya sənayesi məhsullarının istehsalı 13,7%, rezin və plastik kütlə məmulatlarının istehsalı 50,5%, tikinti materiallarının istehsalı 48,5%, elektrik avadanlıqlarının istehsalı 44,3%, maşın və avadanlıqların istehsalı 31,7%, mebel istehsalı isə 3,9% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,1%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,5% azalıb.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,5% artıb, neft sektorunda isə 0,7% azalıb.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranana ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında martın 1-i vəziyyətinə 335,5 mln. manatlıq hazır məhsul olub.
Femida.az
Oxunub: 808
Oxşar xəbərlər
- Xamenei Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəkləyib
- Ərdoğan Xamenei ilə görüşüb
- İdxalı ƏDV-dən azad edilən xammal və materialların yeni siyahısı təsdiqlənib
- Azərbaycanın mebel istehsalçıları yeni xammal bazarı axtarır
- Rusiyadan məhsulların və xammalın ixracına qadağa qoyulur
- Xameneinin bacısı qızı həbs edildi
- Xamenei 4 minə yaxın məhkumu əfv etdi
- XİN: Xameneinin açıqlamasını yüksək qiymətləndiririk
- Xameneyinin ofisinin möhür və sənədlərini saxtalaşdıran şəxs həbs olunub
- Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin səlahiyyəti artırılıb