Zəvvarlar qəzaya düşdü - 16 ölü, 30 yaralı


00:31     18 Mart 2016 zevvar%20qeza.jpg

İordaniyada avtobusun aşması nəticəsində azı 16 fələstinli həlak olub, 30-dan çoxu xəsarət alıb. Avtobusdakı fələstinli zəvvarlar İslamın müqəddəs yerlərini ziyarətdən qayıdırmışlar.


Femida.az "RİA Novosti"yə istinadən xəbər verir ki, qəza ölkənin cənubunda, Səudiyyə Ərəbistanı ilə sərhədin yaxınlığında baş verib. İordaniya mülki müdafiə xidmətindən verilən məlumata görə, zəvvarları daşıyan avtobus yük maşını ilə toqquşduqdan sonra aşıb.

Fələstin dövlətinin prezidenti Mahmud Abbas xəsarət almış zəvvarların müalicəsinin və onların vətənə qayıtmasının təşkili üçün hökumət komissiyasının yaradılmasına dair göstəriş verib.

Femida.az

Açar sözlər:

Oxunub: 985