Balaxanı poliqonunda silah-sursat tapıldı


23:23     18 Mart 2016 silah%20s.jpg

Balaxanı məişət tullantıları poliqonu ərazisində silah-sursat tapılıb.


Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, “Təmiz Şəhər” ASC-nin Balaxanı məişət tullantıları poliqonu ərazisindən tapılmış istifadəyə yararsız “Naqan” tipli pnevmatik tapança, qumbara korpusu və 2787 ədəd patron gilizləri Sabunçu rayon Polis İdarəsi 12-ci Polis bölməsinə təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1019