Paris terrorunun əsas şübhəlisi həbs edildi


01:27     19 Mart 2016 paris58.jpg

Belçikanın Molenbek şəhərində Parisdə törədilən terror aktlarında əsas şübhəli bilinən Saleh Abdeslam həbs edilib.


Femida.az-ın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, o, həyata keçirilən irimiqyaslı terrora qarşı əməliyyat nəticəsində yaxalanıb.

Bildirilir ki, S.Abdeslam hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışmada yaralanıb.

Xatırladaq ki, ötən ilin noyabrında Fransanın paytaxtı Parisdə törədilən bir neçə terror aktı nəticəsində 130 nəfər ölüb, 350 nəfər xəsarət alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 984