Dağıstanda dəhşətli yanğın


01:40     19 Mart 2016 dagistanda.jpg

Dağıstanın Kizlyar şəhərində yanacaqdoldurma məntəqəsində yanğın baş verib.


Femida.az-ın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 17 nəfər yanıq xəsarəti alıb.

“Zərərçəkənlərin sayı 17-yə çatıb. Onların həyatına hər hansı bir təhlükə yoxdur”, deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Hazırda ərazidə Fövqəladə Hallar nazirliyinin əməkdaşları işləyir. Yanğının söndürülməsinə 15 nəfər canlı qüvvə və 4 ədəd texnika cəlb edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 928