Hizbullaha ağır zərbə: 71 ölü


03:13     19 Mart 2016 hezb4.jpg

Suriyadakı döyüşlərdə öldürülən 71 Hizbullah döyüşçüsü Livana gətirilib.


Femida.az xəbər verir ki, bu barədə “İslah” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, meyitlər Hizbullahın elit qolu sayılan “Ridvan Birliyi”nə aiddir.

Meyitlər tanınmaz halda olduqlarından ailələrinə təhvil verilməyib və naməlum əraziyə aparılıb.

Yalnız 3 yüksək rütbəli döyüşçünün tabutları Hizbullah bayraqlarına bürünmüş halda dəfn edilib.

Sözügedən döyüşçülərin İŞİD tərəfindən öldürüldüyü güman edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1803


Oxşar xəbərlər