Türkiyə terrorla üz-üzə - Polis onları axtarır


15:01     19 Mart 2016 türkiye%20a.jpg

Türkiyədə potensial kamikadze ola biləcək PKK terror təşkilatının 6 üzvü axtarışa verilib.


Femida.az "Milliyət" qəzetinə istinadən məlumat verir ki, adı açıqlanan terrorçular Əli Heydər Keleş, Aysel Özlü, Həvva Çustan, Əmrah Ərdoğan, Taner Yeşilbaş və Mehmet Erbeydir.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada martın 13-də terror aktı törədilib. Türkiyə mətbuatının yaydığı məlumatda deyilib ki, güclü partlayış nəticəsində 37 nəfər ölmüş, 125 nəfər isə yaralanmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 919