İlham Əliyev Tunis prezidentini təbrik etdi


22:50     19 Mart 2016 prezident%20mushavire%20pl07%20(1)87.jpg

Azərbaycan Prezidenti İlham Əliyev Tunis Prezidenti Beji Kaid əs-Sebsiyə təbrik məktubu ünvanlayıb.



Femida.az təbrik məktubunu təqdim edir:

"Tunis Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Tunis dostluğu və əməkdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına əmin-amanlıq və tərəqqi diləyirəm".

Açar sözlər:

Oxunub: 695