İstanbuldakı terrorda 2 ABŞ vətəndaşı ölüb


17:28     20 Mart 2016 istambul_2016_03_19_2.jpg

İstanbulda baş partlayış nəticəsində iki ABŞ vətəndaşı ölüb.

Xarici KİV-lər xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Ned Prays deyib.



“Bu cəsarətsiz hücum nəticəsində ölənlərin arasında iki ABŞ vətəndaşı var”, - deyə rəsmi nümayəndə bildirib.

Onun sözlərinə görə, ABŞ terror aktını pisləyir və ölənlərin ailələrinə başsağlığı verir. “Türkiyə növbəti dəfə dəhşətli terror aktı ilə üzləşib. Biz NATO-dakı tərəfdaşımızı əzmkarlıqla dəstəkləyirik. Türkiyədə terror aktlarına son qoyulmalıdır”, - deyə Prays qeyd edib.

Onun sözlərinə görə, ABŞ Türkiyə ilə sıx təmas quraraq terrorçuluğa qarşı birgə mübarizə aparacaq.

Açar sözlər:

Oxunub: 824