Hərbi helikopter qəzaya uğrayıb - 13 ölü


00:50     21 Mart 2016 helikopter1.jpg

İndoneziyanın mərkəzi bölgəsində hərbi helikopter qəzaya uğrayıb.


Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində göyərtədə olan 13 zabit ölüb.

Helikopter hökumət qüvvələri və dini radikallar arasında döyüşlər gedən Sulavesi adasında yerə düşüb.

Qeyd edək ki, ötən ilin dekabrında İndoneziyada keçirilən aviaşouda yerli Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğramışdı.

Açar sözlər:

Oxunub: 865