Yollarda yaranan problemə aydınlıq gətirilib
16:28 21 Mart 2016
Bakıda yağış sularının yollarda yaratdığı problemə aydınlıq gətirilib.
Femida.az - a “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli tərəfindən bildirilib ki, hazırda Bakı şəhərində avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkəti normaldır, heç bir problem müşahidə olunmur.
Bakının Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində yağış sularının nəqliyyat vasitələrinin hərəkətinə çətinlik törətməsinə gəlincə A.Nəcəfli qeyd edib ki, orada yol təsərrüfatında heç bir problem yoxdur:
“Orada yağış barmaqlıqları yerindədir, içi təmizdir, sadəcə olaraq yağış suları həddən artıq çox gəldiyi üçün su-kanalizasiya sistemi suyu tam çatdırıb ötürə bilmir”.
A.Nəcəfli bildirib ki, həm “Azərsu” ASC-nin, həm də “Azəravtoyol” ASC-nin nümayəndələri onun üzərində çalışırlar ki, həmin istiqamətdə yağış yağan zaman problem yaranmasın: “Yəni birgə işlər aparılır ki, orada olan problem köklü şəkildə aradan qalxsın”.
A.Nəcəfli əlavə edib ki, hazırda həmin istiqamətdə avtomobillərin hərəkətində problem yoxdur.
Oxunub: 688
Oxşar xəbərlər
- Yol qəzası bu yollarda tıxaca səbəb oldu
- Bakıda binanın uçma təhlükəsi yaranıb, yollarda hərəkət məhdudlaşdırılır
- Bu il yollarda baş verən qəzalarda 504 nəfər həlak olub
- DYP yollarda aqressivlik edən sürücülərə xəbərdarlıq edib
- AVRO-2020 ilə bağlı bəzi yollarda hərəkətə məhdudiyyət qoyulub
- Bu yollarda tıxac aradan qaldırılır - Sürücülərə şad xəbər
- Bakıda bəzi yollarda sürət həddi endiriləcək
- Yollarda avtomobillərlə aşkar sürət yarışına girənlər bir ayadək inzibati həbs edilə bilər
- Bu yollarda hərəkət qismən məhdudlaşdırılacaq
- Bakının bu yollarda sürət həddi endirilib