Silahlı Qüvvələrdə "Açıq qapı" günü


18:42     21 Mart 2016 aciq%20qapi.jpg

Müdafiə nazirinin tapşırığına əsasən Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil edilib.


Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, gün ərzində ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkiblər.

Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunub, onları maraqlandıran məsələlər müzakirə edilib, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilib.

Hərbi hissələrdə təşkil olunan "Novruz" şənliklərində tonqallar qalanıb, hərbçilərə bayram sovqatları təqdim olunub və ziyarətçilərlə birlikdə bayram süfrəsi arxasında nahar təşkil edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 622