Bərdədə zəncirvari qəza


00:01     22 Mart 2016 qeza525.jpg

Bərdədə zəncirvari qəza baş verib.


Femida.az APA-ya istinadən xəbər verir ki, rayonun Qaradəmirçi kəndi ərazisində baş verən qəzada 3 minik avtomobili və 1 mikroavtobus toqquşub.

Nəticədə “Mercedes” markalı minik avtomobilinin sürücüsü 20 yaşlı Qurbanov Pərviz və sərnişini 22 yaşlı Ceyhun Bağırov, mikroavtobusun sürücüsü Mübariz Alışanov müxtəlif bədən xəsarəti ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Digər “VAZ- 2106” və “Opel” markalı minik avtomobillərinə ziyan dəysə də, sürücü və sərnişinlər xəsarət almayıb.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 844