Kameron Türkiyəni müdafiə etdi


14:05     22 Mart 2016 david-cameron_1939896coil.jpg

"İngiltərənin baş naziri David Kameron deyib ki, Türkiyənin etibarlı bir ölkə olmadığını söyləmək Türklərə təhqir olar".


Femida.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş nazir Kameron bu sözləri Türkiyə ilə Avropa Birliyi arasında əməkdaşlığın gücləndirilməsi və sığınacaq axtaranlar böhranının həlli üçün aparılan danışıqlar gedişində parlamentinin alt palatasında millət vəkillərinin suallarını cavablandırarkən deyib.

Beynəlxalq Əfv Təşkilatının açıqladığı "Türkiyənin miqrantlar üçün etibarlı ölkə olmadığı" iddiasının gündəmə gətirilməsi üzərinə Kameron bunu söyləmənin doğru olmayacağını ifadə edib.

Baş nazir deyib ki, Suriyadan qaçan 2,6 milyon insanı qəbul edən ölkə məhz Türkiyə olub.

"Müqavilə çərçivəsində Türkiyəyə veriləcək 3 milyard avro"ya dair verilən suala Kameron belə cavab verib: "Türkiyəyə veriləcək pul Türkiyə üçün verilmir. Bu pul Türkiyədəki suriyalı qaçqınlara xərclənmək üçün göndərilir".

Açar sözlər:

Oxunub: 987