ABŞ: Savçenkonun həbsi ədalətsizlikdir


13:27     23 Mart 2016 con%20krib.jpg

“Ukraynalı pilot Nadejda Savçenkonun 22 il müddətinə həbs edilməsi ədalətsizlikdir və beynəlxalq normalara uyuğun gəlmir və Rusiyanın Minsk sazişi çərçivəsindəki öhdəliklərinə ziddir“.


Femida.az xarici mətbuata istinadən bildirik ki, bu sözləri ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi öz açıqlamasında deyib.

“Biz yenidən Rusiyanı Nadejda Savçenkonu və digər qanunsuz saxlanılan şəxslərin dərhal azadlığa buraxmağa çağırırıq”, - deyə Kirbi bəyan edib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Savçenkoya qarşı məhkəmə prosesi gedişində bu hadisəni Minsk sazişinə hörmətsizlik kimi qiymətləndirib.

Açar sözlər:

Oxunub: 937