Türkmənistan ordusu hazırlıq vəziyyətinə gətirildi


12:41     27 Mart 2016 image9.jpeg

Martın 26-da Türkmənistan ordusu hazırlıq vəziyyətinə gətirilib.


RİA "Novosti" xəbər verir ki, prezident Qurbanqulu Berdiməhəmmədovun əmrinə əsasən, Türkmənisan quru qoşunları, Hərbi Hava qüvvələri və Hərbi Donanma qüvvə və vasitələri qəfil həyacan siqnalı ilə döyüş hazırlığı vəziyyətinə gətirilib.

Təlimin ssenarisinə əsasən terrorçu dəstələri aşkarlanaraq izlənməyə götürülüb və təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı hədəflər məhv edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1345