Türkiyədə Qarabağ parkı


16:23     27 Mart 2016 image72.jpeg

Türkiyənin Balıkesir bölgəsində səfərdə olan millət vəkili Qənirə Paşayeva Altıeylül bələdiyyə başçısı Zekai Kafaoğlu ilə görüşüb

Femida.az xəbər verir ki, Q.Paşayeva yaxın zamanlarda Altıeylülün mərkəzi parklardan birinə Qarabağ adının verilməsini təklif edib. O, iki qardaş ölkənin bölgələri arasında əməkdaşlıqların daha da geişləndiyinə diqqət çəkərək Altıeylül bələdiyyəsi ilə Azərbaycan bölgələri arasında da bütün istiqamətlərdə əməkdaşlığın daha da artacağına inandığını deyib.

Bələdiyyə başçısı Zekai Kafaoğlu Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiklərini deyib. Bələdiyyə başçısı Q.Paşayevanın Altıeylüldə Qarabağ parkı ilə bağlı təklifini müsbət qiymətləndirdiyini bildirərək bu təklifə baxılacağını deyib. Millət vəkili Q.Paşayeva Altıeylül bələdiyyə başçısı Zekai Kafaoğlunu ölkəmizə dəvət edib, ona həmmüəllifi olduğu "Karabağ hikayeleri" kitabını hədiyyə edib.

Açar sözlər:

Oxunub: 1170