Jurnalist azadlığa buraxıldı


18:18     27 Mart 2016 image92.jpeg


Çində həbs edilmiş jurnalist Szya Szya azadlığa buraxılıb.

Femida.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Reuters”ə onun vəkili məlumat verib.

Qeyd edək ki, Szya Szyanın saxlanılmasına səbəb Çin rəhbəri Si Szinpinin ünvanına tənqidi məktub yazması idi.

O, məktubunda ölkə başçısından partiyada və hökumətdə tutduğu vəzifəsindən istefa verməyi xahiş edirdi. Bununla yanaşı, jurnalist Szinpini iqtisadi və diplomatik məsələlərdə səhvə yol verməkdə, söz azadlığını məhdudlaşdırmaqda ittiham edirdi.

Xatırladaq ki, Szya Szya ilə yanaşı, onun çalışdığı saytın rəhbəri, layihə redaktoru, adi əməkdaşları da daxil olmaqla daha 16 nəfər saxlanılmışdı. Lakin onların taleyi naməlumdur.

Açar sözlər:

Oxunub: 646