İntiqam Əliyev azadlıqda


18:03     28 Mart 2016 intiqam.jpg

Bu gün Ali Məhkəmədə baş prokuror Zakir Qaralovun "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin həbsdə olan sədri İntiqam Əliyevlə bağlı məhkəmə qərarından cəzanın ağır olmasına dair verdiyi əlavə kassasiya protesti üzrə məhkəmə keçirilib.


Femida.az xəbər verir ki. Ali Məhkəmə İntiqam Əliyev barəsində 5 il şərti cəza verilməklə azadlğa buraxılması barədə qərar verib.

İ.Əliyev 2014-cü ilin avqustun 8-də həbs olunub. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bir neçə gün əvvəl isə Baş Prokuror İ.Əliyevə təyin olunan cəzanın ağır olmasına dair əlavə kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1101