ABŞ-dan Türkiyəyə gözlənilməz zəng


14:15     29 Mart 2016 con%20kerri8.jpg

ABŞ dövlət katibi Con Kerri gecə yarısı Türkiyəyə sürpriz şəkildə telefon zəngi edib.


Kerri gecə yarısı xarici işlər naziri Mövlud Çavuşoğlu ilə kritik danışıq aparıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın bu gün ABŞ-a başlayacaq səfəri öncəsi edilən zəngin byenəlxalq əhəmiyyəti olduğu vurğulanır. Ərdoğan Nüvə sammitində iştirak edəndən sonra məscid açılışına qatılacaq.

Diplomatik qaynaqlardan verilən məlumata görə, əsas müzakirə mövzusu terror hadisələri olub. O, Türkiyəyə son zamanlar yaşanan terror hadisələri ilə başsağlığı verib. Bundan başqa, terrorla mübarizə yolları, Suriyadakı son vəziyyət, Yaxın Şərqdə baş verənlər, Rusiya ilə münasibətlər də müzakirə mövzusu olub.

Telefon danışında PKK və digər terror təşkilatları ilə mübarizədə əməkdaşlığın artırılması haqqında da danışılıb.

Açar sözlər:

Oxunub: 3092