ATƏT-dən İntiqam Əliyev bəyanatı


13:41     30 Mart 2016 isabel%20santos.jpg

ATƏT Parlament Assambleyasının demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin sədri İzabel Santos və ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Viqenin hüquq müdafiəçisi İntiqam Əliyevin azadlığa buraxılması qərarını alqışlayıb.


Femida.az xəbər verir ki, İzabel Santos İntiqam Əliyevn azadlığa çıxmasını Azərbaycanın müsbət addımı kimi qiymətləndirib.

“İntiqam Əliyevin azadlığa çıxması Azərbaycanda insan haqları sahəsində atılan pozitiv addımdır. Ümid edirəm ki, o, Azərbaycan vətəndaşlarının azadlığının qorunması istiqamətində fəaliyyətini davam etdirəcək”, - deyə İsabel Santosun bəyanatında belə deyilir.

Açar sözlər:

Oxunub: 823