ABŞ qırıcısı qəzaya uğradı


14:00     30 Mart 2016 abs%20qeza.jpg

Əfqanıstanda ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus "F-16" qırıcı təyyarəsi qəzaya uğrayıb.


Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk deyib.

Onun sözlərinə görə, təyyarə "Bağram" aviabazasından havaya qalxarkən qəzaya uğrayıb.

"Təyyarə 20.30 radələrində "Bağram" aerodromundan havaya qalxarkən qəzaya uğrayıb. Özünü katapult edən pilot xilas olunub", - deyə o, brifinqdə bildirib.

Qəzanın səbəbləri araşdırılır.

Açar sözlər:

Oxunub: 664