Sığorta Şirkəti maliyyə göstəricilərini açıqladı


16:32     30 Mart 2016 beynelxalq.jpg

Beynəlxalq Sığorta Şirkəti 2015-ci ilin yekunlarına görə bitən il üzrə maliyyə hesabatlarını təqdim etmişdir.


Hesabat ilində Şirkətin sığorta haqları üzrə ümumi yığımı 11.240.200 manat olmuşdur ki, bunun da 11.073.942 manatı birbaşa sığorta üzrə, 166.258 manatı təkrar sığorta üzrə olmuşdur. 2015-ci ildə Şirkət müştərilərinə 4.138.548 manat sığorta ödənişi vermişdir. Ötən ildə xarici iqtisadi konyunkturanın mənfi təsirlərinə baxmayaraq Şirkət 1.118.700 manat xalis mənfəət əldə etmişdir.

Qeyd etmək lazımdır ki, təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan Beynəlxalq Sığorta Şirkəti müştərilərinə 32 sığorta növü üzrə sığorta xidmətləri göstərir.

Açar sözlər:

Oxunub: 933