4827 nəfər kolleclərdən azad edilib


16:45     30 Mart 2016 1429333526_imtahannnnnnnn.jpg

27.12.2013-cü ildən 25.11.2015-ci ilədək tam orta təhsil və ümumi orta təhsil bazalarında orta ixtisas təhsili səviyyələri üzrə orta ixtisas təhsili müəssisələri tərəfindən 2015-ci ilə və əvvəlki illərə aid "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş əməliyyatlar haqqında yekun statistik məlumatlar açıqlanıb.



TQDK-nın mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, 27.12.2013-cü ildən 25.11.2015-ci ilədək statistika aşağıdakı kimidir:

Əcnəbi və vətəndaşlığı olmayan tələbələrin qəbulu – 3
Əlavə təhsil almaq istəyən şəxslərin qəbulu – 463
Təhsil müəssisəsi tərəfindən həyata keçirilmiş qəbul -3044
Xarici təhsil müəssisələrindən köçürmələr - 20
Ölkədaxili köçürmələr -532
İxtisas dəyişmələri -1222
Təhsil haqqının ödəmə formasının dəyişməsi -0
Təhsilalma formasının dəyişməsi -932
Tələbələr sırasından xaricedilmələr - 4827
Təkrar kursda saxlanılma - 183
Akademik məzuniyyətin alınması - 3348
Bərpalar -3867
Şəxsi məlumatların dəyişməsi - 1876
Diplom alma - 49300

Açar sözlər:

Oxunub: 938


Oxşar xəbərlər