Ankaradan uçan təyyarədə terror HƏYƏCANI


23:22     30 Mart 2016 turkishairplan.jpg

"Türk Hava Yolları" aviaşirkətinin Ankara-Ərzincan reysi üzrə təyyarəsi laynerin göyərtəsində partlayıcı qurğunun olması barədə zəngin daxil olmasına görə gecikdirilib.


Femida.az-ın Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, təyyarənin sərnişinləri təxliyə olunub, partlayıcı qurğu aşkar edilməyib.

İnsidentin araşdırılması zamanı müəyyən edilib ki, təyyarənin göyərtəsində partlayıcı qurğunun olması barədə yanlış məlumatı yerli "Ərzincanspor" futbol klubunun üzvləri veriblər.

Polis idmançıları saxlayıb, onların adları hələ açıqlanmır.

Açar sözlər:

Oxunub: 792