Hakim vəkildən şikayət etdi - Vəsatət verdiyi üçün


19:45     01 Aprel 2016 vekil8.jpg

Vəkil Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət edilib.


Femida.az-ın məlumatına görə, bu barədə vəkil özü facebook hesabında məlumat verib.

Vəkil qeyd edir ki, Ali Məhkəmənin hakimi Fərhad Kərimov onun barəsində Vəkillər Kollegiyasına şikayət edib. E.Sadıqov bildirib ki, bu gün intizam icraatına Vəkillər Kollegiyasının Rəyasət Heyətində baxılacaq.

E.Sadıqovun sözlərinə görə, onun şikayət olunmasına səbəb jurnalist Pərviz Həşimlinin hüquqları müdafiə etdiyi üçün olub.

Xatırladaq ki, P.Həşimli martın 18-də Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

Açar sözlər:

Oxunub: 1618


Oxşar xəbərlər