Orxan Pamuk məhkəməyə verildi


20:09     01 Aprel 2016 orxan%20pamuk.jpg

Nobel laureatı Orxan Pamuk məhkəməyə verilib.


Femida.az xəbər verir ki, Yavuz Konuk adlı şəxs, yazıçı Orxan Pamukun "Qırmızı saçlı qadın" romanının 114-cü səhifəsində yazılanların türk əxlaqına zidd olduğunu əsas gətirərək məhkəməyə müraciət edib.

O, şikayətində kitabın nəşriyyatlardan, kitab mağazalarından yığılmasını və bu hissənin çıxarılmasını tələb edib.

Yavuz Konuk ərizəsində Orxan Pamukun türk xalqından üzr istəməli olduğunu da bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1015