YAP-dan cəbhədəki olaylara sərt reaksiya


21:55     02 Aprel 2016 aydinmirzazde_41.jpg

ATƏT-in Minsk Qrupu gələn həftə Avstriyanın paytaxtı Vyana şəhərində görüş keçirəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi müzakirə olunacaq.



Vyana görüşünə münasibət bildirən Yeni Azərbaycan Partiyasının funksioneri, millət vəkil Aydın Mirzəzadə qeyd edib k həmişəki kimi bu dəfə də görüşdən sonra həmsədrlər bəyanat verərək tərəfləri sülhə çağıracaq və növbəti görüş üçün regiona səfər edəcəklər:

"Ancaq nə bəyanat, nə də bu tip diplomatik səylər problemi həll edə bilməyəcəkdir. Çünki, məsələnin kökündə prezidentlərin neçə dəfə və harada görüşməsi deyil, problemi yaradan səbəbin öz adı ilə adlandırılmaması və onun aradan qaldırılmaması durur. Ermənistan işğalçı adlandırılmadığından və ondan beynəlxalq hüquq normalarına hörmət etmək tələb edilmədiyindən problem hələ də həll edilməmiş qalır."

Deputat vurğulayıb ki, həmsədrlərin məsələyə ikili yanaşması, Azərbaycanın ərazi bütövlüyün təmin edilməməsi gərginiyin qalmasının əsas səbəbidir: "Başqa buna oxşar situasiyada operativlik göstərən qüvvələr indi Ermənistanının özbaşınalığına dözür, ona qrantlar ayırır və gərginliyin onilliklərlə uzanmasına şərait yaradırlar. ATƏT-in Minsk Qrupu Ermənistanı işğalçı adlandırmayana qədər, ondan işğal edilmiş Azərbaycan ərazilərindən qoşunlarını çıxarmağı tələb etməyincə və məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmağını təmin etməyincə, Dağlıq Qarabağ problemi beynəlxalq siyasətin ağrılı problemlərindən biri olaraq qalacaqdır. Nəticədə isə sülh təmin edilməyəcək və həmsədrlərin növbəti Vyana görüşlərinin sonu olmayacaqdır".

Açar sözlər:

Oxunub: 1004