Partiya sədrinin qardaşı oğlu şəhid oldu


19:09     04 Aprel 2016 serdar.jpg

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun qardaşı oğlu şəhid olub.


ADP-dən Femida.az-a verilən məlumata görə, Partiya sədrinin qardaşı oğlu Rasim Məmmədov cəbhənin Füzuli istiqamətindəki döyüşlərdə həyatını itirib. O, Milli Orduda zabit kimi xidmət edirdi.

R.Məmmədovun atası Əbdül Məmmədov Birinci Qarabağ Müharibəsinin qazilərindəndir.

Xatırladaq ki, cəbhədə gedən döyüşlərdə Qazax rayon Aslanbəyli kənd sakini 1995-ci il təvəllüdlü Əliyev Orxan Məhəmməd oğlu da şəhid olub. Qeyd edək ki, O. Əliyev jurnalist Elnur Astanbəylinin əmisi oğludur.

Açar sözlər:

Oxunub: 797