Nobel mükafatçısı öldü


21:53     13 Aprel 2015 Gunter-Grass-at-home-in-L-006.jpg

Məşhur Alman yazıçısı, Nobel mükafatı laureatı Günter Qrass dünyasını dəyişib.

Lenta.ru-nun verdiyi məlumata görə, yazıçı aprelin 13-də 87 yaşında vəfat edib.

G. Qrass 2012-ci ildə İsrailin İrana qarşı siyasətini sərt tənqid etdiyinə görə, İsrail onu anti-semitizmdə ittiham edərək, “persona non grata” elan etmişdi.


Qeyd edək ki, G. Grass 1927-ci ildə anadan olub. Yazıçı müasir alman ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. 1999-cu ildə yazdığı “Tənəkə təbil” əsərinə görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. “Siçovul”, “Mənim yüz ilim”, “İblisin gündəliyindən” və s. məşhur romanların müəllifidir.

Femida.az

Açar sözlər:

Oxunub: 795