“Mənasız danışıqlar dövrü bitdi” – Analitik


14:12     06 Aprel 2016 elxan%20sah0.jpg


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu cəbhədə atəşkəsin təmin olunması ilə bağlı münasibət bildirib.

Analitikin fikrincə, son hadisələr onu göstərdi ki, həmsədrlərin başqa alternativi yoxdur:

“Müvəqqəti atəşkəs Ermənistan prezident ilə yanaşı Minsk Qrupu həmsədrlərinə də ciddi təzyiq vasitəsidir. Çünki, həmsədrlərə aydındır ki, əvvəlki illərdə olduğu turist kimi bölgəyə səfərlər, uzun-uzadı mənasız danışıqlar dövrü bitdi, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirmək lazım gələcək. Həmsədrlərin başqa alternativi yoxdur. ABŞ-ın Minsk Qrupundakı həmsədri Ceyms Uorlik təxminən il yarımdır ki, açıqlamalarında Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması zərurətindən danışır. İndi onun dövrüdür. Əgər bu dediyinə rusiyalı və fransalı həmsədri də inandıra bilsə və Vaşinqton Kremlin etirazı ilə üzləşməsə Serj Sərkisyanın qeyd-şərtsiz 5 rayonu azad etməkdən başqa çarəsi qalmayacaq. Əks halda nələrin baş verəcəyini hamı yaxşı anlayır”.

Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.

Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 1066


Oxşar xəbərlər