Münaqişənin həllində 4 variant – Politoloq rəyi


19:16     06 Aprel 2016 aliyev%20sarkisyan6.jpg


“Dördgünlük müharibə”nin ardından gözlər danışıqlar prosesinə yönəlib. Prosesin mövcud gedişatı ilə bağlı əlavə məlumat verilməsə də, son nəticədə işğal altında olan rayonlarımızın geri qaytarılacağı haqqında fikirlər səsləndirilir. Əslində əməliyyatlar zanmanı əldə etdiyimiz uğur bizi bu cür düşünməyə vadar edir. Lakin hələlik danışıqlar prosesinin nə ilə yekunlaşacağı haqqında konkret fikir söyləmək bir az çətindir.

Politoloq Fərhad Mehdiyev münaqişənin həlli kimi 4 variant irəli sürür:

“Bu sualın cavabını dəqiq olaraq vermək çətindir. Çətinliyin səbəbi, hökumətlər səviyyəsində olan razılaşmalar və təzyiqlər haqqında bir bilgiyə sahib olmamağımızdadır. Lakin hər halda iki variantın olması mümkündür.

1-ci varianta görə, Rusiya bu məsələdə Ermənistana təzyiq etmək üçün öz razılığını veribsə, danışıqlar prosesində Rusiya tərəfi Ermənistana bildirəcək ki, onun artıq Azərbaycana təzyiq etmə imkanları çətinləşib. Odur ki, Ermənistan işğal etdiyi 5 rayondan çıxmalıdır. Bu halda, Rusiyanın Azərbaycandan əldə etmək istəyəcəyi dividentlər, Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi, Avrasiya İttifaqına üzvlük, ODKB-yə üzvlük ola bilər. Lakin bu, yüksək ehtimal deyil.



2-ci variant isə Rusiya ilə bu məsələdə heç bir razılığın olmamasıdır. Rayonların boşaldılması ehtimalı az olsa da, son döyüşlərdən sonra ermənilərin rahatılığı ciddi şəkildə pozulub və onlar da anlayırlar ki, Azərbaycan ilə razılaşmalıdırlar. Halbuki əvvəllər, 7 rayonun boşaldılması təklifinə ermənilər müsbət cavab vermirdilər. Bununla belə ermənilər, işğal etdikləri rayonların əvəzinə təhlükəsizlik qarantiyası almaq istəyəcəkdir, və bu qarantiya verilmədən də oranı boşaltmayacaqlar, digər tərəfdən ATƏT-in Minsk qrupunun həmsədrləri də Azərbaycandan güc tətbiq etməməklə bağlı təminat istəyəcək. Bu təminata zəmanət verən isə Rusiya (da) olacaq. Əslində bu cür həll yolu da, ölkəmiz üçün olduqca əlverişsizdir. Çünki təhlükəsizlik üçün zəmanət verildikdən sonra biz 6 rayonu geri almış olsaq da, Dağlıq Qarabağın gələcək talehi tamamilə Rusiyanın nəzarətində qalacaq. Ancaq bu şərtlər daxilində gedən danışıqlar prosesinin yekununda ermənilər digər rayonları boşaldacaqlar.

3-cü variant cəbhədə gərginliyi davam etdirməkdir. Ki bu gün əslində edilən də budur. Lakin bunun gedib çıxacağı yer 2-ci variantın nəticəsidir.

4-cü variant isə danışıqlar prosesi zamanı cəbhədə gərginliyi davam etdirməklə, atəşkəsi pozub, işğal edilmiş əraziləri geri almaqdır. Lakin bu variantın uğurlu olması üçün, çox itki vermək lazım olacaq. Çünki yekun bir hücuma keçmək lazımdır. Ayrıca kifayət gədər top və raket mərmilərinin ölkə daxilində istehsalı və bunların təhlükəsizliyini təmin etmək lazımdır. Ancaq yekun hücuma keçilsə, düşmən bizimlə hər cəbhədə savaşa bilməyəcək. Ayrıca bu variantınn uğurlu olması üçün Türkiyə ilə hərbi ittifaq zərurəti meydana çıxır. 1986 Müqaviləsinə görə, Rusiya nüvə silahına sahib olmayan dövlətlərə qarşı nüvə silahı tətbiq etməmə öhdəliyi götürüb”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 9914