Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək


19:49     06 Aprel 2016 gurcustan3.jpg

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili mayın əvvəllərində Azərbaycana səfər edəcək.


Femida.az Gürcü KİV-nə istinadən xəbər verir ki, bunu Azərbaycanın Tbilisidəki səfiri Namiq Əliyev bildirib.

Məlumata görə, Gürcüstan hökumət rəhbəri Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclasında iştirak edəcək.

“Hər iki tərəfdən komissiyaya baş nazirlər rəhbərlik edir. Hazırda biz Gürcüstan baş nazirinin səfərinə və iclasa hazırlaşırıq”, - deyə səfir vurğulayıb.

Açar sözlər:

Oxunub: 498