Nazirlərin Bakı görüşü başladı


14:42     07 Aprel 2016 nazirler39.jpg

Bakıda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov, Rusiya XİN rəhbəri Sergey Lavrov və İran XİN rəhbəri Cavad Zərif arasında üçtərəfli görüş başlayıb.


Femida.az xəbər verir ki, görüş "Feyrmont" otelində keçirilir.

Görüşdə tərəflər arasında Dağlıq Qarabağda baş verən hadisələr və Xəzər dənizinində əməkdaşlıq məsələləri müzakirə olunur.

Nazirlərin görüşdən sonra mətbuata açıqlaması gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1148