Ruhani Əliyevdən sonra Sarkisyana zəng etdi


15:52     07 Aprel 2016 ruhani103.jpg

İran Prezidenti Həsən Ruhani və Ermənistan Prezidenti Serj Sarkisyan arasında telefon danışığı baş tutub.


Femida.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Hər iki dövlət başçısı Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının vacibliyindən danışıblar.

“İki ölkə prezidenti də bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdi.

Telefon danışığında İran Prezidenti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı narahatlıq keçirdiyini bildirib və tərəflər arasında atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıb.

Prezident İlham Əliyev cəbhə xəttindəki son vəziyyətlə bağlı İran Prezidenti Həsən Ruhaniyə məlumat verib və bildirib ki, Azərbaycan tərəfi hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarı olub, lakin Ermənistan daim qeyri-konstruktiv mövqe tutub və atəşkəs rejiminə əməl etməyib. Dövlətimizin başçısı təmas xəttində baş vermiş son hadisələri Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirib.

Açar sözlər:

Oxunub: 1487