“Qazprom“ Gürcüstanla saziş imzaladı


03:34     08 Aprel 2016 imzalamaq.jpg

Gürcüstan və Rusiyanın "Qazprom" şirkəti Ermənistana Gürcüstan ərazisindən nəql olunan qazın hazırkı tranzit şərtlərinin uzadılması barədə saziş imzalayıblar.


Femida.az xəbər verir ki, bu barədə Gürcüstanın Energetika Nazirliyindən bildirilib.

Gürcüstan Ermənistana nəql olunan Rusiya qazına görə tranzit haqqı olaraq 10% təbii qaz almaqda davam edəcək.

Gürcüstan energetika nazirinin müavini Mariam Valişvili qeyd edib ki, eyni şərtlərlə saziş üzrə əlavə razılaşma var.

Femida.az

O bildirib ki, hazırda saziş qüvvəyə minmək üçün Gürcüstan hökumətində daxili prosedurlardan keçir.

Razılıq bir il müddətinə əldə edilib və bu ilin sonuna kimi təyin olunub.

Açar sözlər:

Oxunub: 971