Diaspor təşkilatımızdan Qarabağla bağlı bəyənat


02:36     08 Aprel 2016 ozbekistan.jpg

Özbəkistandakı diaspor təşkilatı - Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi ermənilərin Dağlıq Qarabağdakı təxribatlarını pisləyən bəyanat yayıb.


Sənəd BMT, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Avropa İnsan Haqları Məhkəməsi, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlara, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinə göndərilib.

Bəyanatda bildirilir ki, Dağlıq Qarabağda hərbi vəziyyətin kəskin şəkildə gərginləşməsi ilə əlaqədar Özbəkistanda yaşayan Azərbaycan diasporu dərin narahatlıq hissi keçirir. Qeyd olunur ki, Azərbaycan sülhsevər ölkədir, qonşu Ermənistan tərəfindən 20 ildən çoxdur ki, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, 1 milyondan çox vətəndaşımız öz dədə-baba torpaqlarından qaçqın, köçkün düşüb. Ölkəmiz bu münaqişəni sülh yolu ilə həll etməyə, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin, digər beynəlxalq təşkilatların sənədlərinin yerinə yetirilməsinə çalışır.

Bildirilir ki, Azərbaycan özünün zəngin tarixi, milli mədəniyyəti olan müstəqil dövlətdir. Dünya ictimaiyyəti qarşısında onu gözdən salmaq, qaralamaq cəhdləri boşa çıxır və çıxacaq da.

Diqqətə çatdırılır ki, Azərbaycan ərazilərini işğal etmək, həmin ərazilərdə yaşayan əhalini qırmaq və yurd-yuvasından didərgin salmaq Ermənistan dövlətinin əsas siyasətinə çevrilib. Onlar Dağlıq Qarabağ və ətraf rayonlarda olan təbii sərvətləri ələ keçirmək üçün ən çirkin və vəhşi əməllər həyata keçirirlər.

Özbəkistanda yaşayan azərbaycanlılar beynəlxalq hüquq institutlarını Azərbaycana hərbi təcavüz edən Ermənistandan işğal etdiyi torpaqları geri qaytarmağı tələb etməyə çağırırlar./azərtac/

Açar sözlər:

Oxunub: 652