“İndi narkomanlar ənənəvi narkotikdən istifadə etmirlər” - MÜSAHİBƏ


18:29     13 İyun 2015 narko.jpg

“AİDS daşıyıcısından ailəsi imtina etdi”; “İndi narkomanlar ənənəvi narkotikdən istifadə etmirlər”.

Femida.az-ın “De-yure” layihəsinin qonağı AİDS-lə Mübarizə İctimai Birliyinin rəhbəri Nofəl Şərifovdur.


Nofəl bəy, ötən il Qrantlar haqqında qanuna dəyişiklik edildi. Dəyişiklərə görə, QHT-lərə qrant ayıran xarici donor təşkilatı öncədən Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir. Bəs bu qanun qüvvəyə minəndən sonra QHT sahəsində vəziyyət nə yerdədi?

- Qrantlar haqqında qanun qüvvəyə minsə də, qaydaları olmadığı üçün hazırda o qanunun tənzimləmə mexanizmi yoxdur. Amma bir sıra çətinliklər özünü göstərir.

Necə düşünürsünüz, bu qanuna dəyişiklik lazımlı idimi?

- Əlbəttə, lazımlı idi. Bəzi QHT-lər bundan sui-istifadə edir. QHT-yə yazıq kimi baxmağa ehtiyac yoxdur. QHT özü böyük strukturdur. Bu qanunun dövlətçilik naminə xeyiri var. Bəzi QHT-lər özlərinin vəsaiti hesabına donorların maraqlarını güdür. Amma bu prosesin ləngiməsi bizim də işimizə çətinlik yaradır.

Sonuncu dəfə qrantı hansı layihəyə görə almısınız?

- “Zərərin azaldılması layihəsi” nə görə.

Bu layihə çərçivəsində hansı işlər görülüb?

- Layihələr çərçivəsində hədəf qrupları HİV virusu, həmçinin hepatitlər və cinsi yolla keçən хəstəliklərlə bağlı profilaktik tədbirlər görülüb. Məsələn, prezervativlərin paylanması, steril materiallarla təminat, şprislərin dəyişdirilməsi, eyni zaman da maarifləndirici işlər aparılıb.

Bu gün AİDS daha çox hansı qruplar arasında yayılır?

- Bir neçə il öncəyə qayıtsaq, AİDS daha çox inyeksion narkoistifadəçilər arasında yayıldığını görmüş olarıq. İndi isə bu bu statistika dəyişib. AİDS-ə cinsi yolla yoluxma önə çıxıb ki, bu, daha təhlükəlidir. Bu o deməkdir ki, artıq ölkəmizdə də HİV-in hədəfi təkcə riskli davranışa malik olan insanlar yox, həm də normal insanlardır.

Bu xəstələrin ən çox qarşılaşdığı problem hansılardı?

- Doğru məlumatın olmaması HİV virusu daşıyıcılarını pis vəziyyətdə qoyur. Onların cəmiyyətdən kənarlaşdırılması problemin həlli yolu deyil. Məslən bu yaxınlarda bir AİDS daşıyıcısından ailəsi imtina etdi. Biz, onu sığınacaqla təmin etmək üçün qapı-qapı gəzib yer axtardıq. Bu insanların sənəd, iş problemi var. Bü gün AİDS-in müalicəsində yeni dərmanlardan istifadə olunur ki, bu da onları sağlam insanlardan heç nə ilə fərqləndirmir. Ona görə də, onları özümüzdən uzaqlaşdırmamalıyıq. Eyni zamanda insanlar bu problemlə bağlı bir biri ilə danışmağa ehtiyat edirlər. Bizim təşkilatda özünədəstək qrupları var, HİV-lə yaşayan şəxslər özləri həftədə bir dəfə yığışıb öz problemləri ilə bağlı müzakirə edirlər və bu, kifayət qədər effekt verir.

Bəs bu xəstəliklə necə mübarizə aparılır?

- Cəmiyyəti maarifləndirməyə böyük ehtiyac var. Bizdə əsasən maarifləndirilmiş insanlar maarifləndirilirlər. Maarifləndirmə yalnız bir gün universitetlərdə, orta məktəblərdə keçirilməməlidir. Maarifləndirmə işləri əsas risk qrupları arasında nadir hallarda keçirilir. Həm narkotik istifadəçiləri arasında, həm də seks biznesi xidməti göstərən insanlar arasında bu maarifləndirmə işi daha güclü aparılmalıdır.

AİDS-lə bağlı reabilitasiya proqramı var?

- Belə proqramlar var. Düzdür, malliyələşmir, amma yenə də davam etdiririk.

Bir müddət öncə AİDS xəstələrinə pulsuz qoruyucular, şprislər paylanırdı. İndi də paylanılırmı və yaxud da qalırmı?

- Bu gün bu iş yenə davam etdirilir.

Seks biznesi xidmət göstərən məkanlarda AİDS səviyyəsi nə yerdədir?

- Düzü, biz seks biznes işçiləri ilə məşğul olmuruq. Amma bu sual konkret olaraq Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovaya veriləcək sualdır. Bu mövzu ilə onlar daha çox işləyir.

Son günlər statistikasına nəzər yetirənədə narkomaniya ilə ölənlərin sayı artıb. Buna səbəb nədir?

- Narkomaniya ilə ölənlərin sayının artması ona görədir ki, onlar artıq ənənəvi narkotikdən istifadə etmirlər. Çünki narkotiklərə ayrı-ayrı kimyəvi maddələr də qatırlar. Buna görə də ölənlərin sayı daha da artır.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 2697