“Sınıq Körpü”də əməliyyat keçirildi


20:43     08 Aprel 2016 siniq_korpu.jpg

Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.


Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin yük yerində alətlər dəstinin altından, sağ və sol panellərin içindən üzərində aksiz markası olmayan gömrük nəzarətindən gizlədilmiş 3 adda 10800 ədəd siqaret aşkar edilərək götürülüb.

Açar sözlər:

Oxunub: 1199


Oxşar xəbərlər