Avstraliyada Azərbaycana dəstək aksiyası - FOTOLAR


13:10     09 Aprel 2016 avstraliya%20etirazlar.jpg

Avstraliyanın paytaxtı Kanberra şəhərində bu ölkədə fəaliyyət göstərən Azərbaycan və Türkiyə diasporlarının iştirakı ilə son günlər qoşunların təmas xəttində Ermənistanın intensivləşən təxribatçı hərəkətlərinə qarşı etiraz aksiyası keçirilib.


Tədbirdə Azərbaycanın ərazi bütövlüyünün bərpasına və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində tutduğu ədalətli mövqeyə dəstək ifadə olunub.

Aksiyada “Qarabağ Azərbaycan ərazisidir”, “İşğalçı Ermənistan, Azərbaycan torpaqlarından rədd ol!”, “İşğala son!”, “Azərbaycan torpaqlarını öz xoşunla tərk et”, “Əsgərlərimizləyik” kimi şuarlar səslənib.

Azərbaycan Avstraliya Türk Dostluq Cəmiyyətinin prezidenti İmadəddin Qasımov bildirib ki, aprelin 6-da azərbaycanlı gənclər Avstraliya parlamentinin qarşısında toplaşaraq Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycana dəstəklərini bildiriblər. Bu gün keçirilən aksiya da Avstraliyada yaşayan azərbaycanlıların xalqımızla, qalib Ordumuzla birlikdə olduqlarını bir daha təsdiq etmək məqsədi daşıyır. Torpaqlarımızın erməni tapdağından azad olunması, Ordumuzun zəfər yürüşü bütün dünyada yaşayan azərbaycanlılar kimi bizi də sevindirir. İnanırıq ki, torpaqlarımız mənfur işğalçılardan tamamilə azad olunacaq.

Avstraliya Milli Universitetinin tələbələri İlkin Əliyev və Kamran Əliyev Azərbaycan Ordusunun cəbhədəki uğurlarına ürəkdən sevindiklərini bildiriblər. Bu gün azərbaycanlı olmağımızla bir daha fəxr etdik. Azərbaycandan kənarda olsaq belə, ürəyimiz həmişə Vətənimizlə döyünür. (Azərtac)






Açar sözlər:

Oxunub: 1316